İQTİSADİYYAT


Mingəçevir Dövlət Universiteti “AzInTelecom”un İnformasiya Təhlükəsizliyi xidmətlərindən yararlanacaq

Bakı, 7 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndələri və Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı MDU-nun “AzInTelecom” MMC-nin təqdim etdiyi İnformasiya auditi və konsultasiya xidmətlərindən istifadə etməsi barədə razılıq əldə olunub.

Plana əsasən, “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin əməkdaşları universitetin hazırladığı “Yeni nəsil rəqəmsal universitet” layihəsinə məxsus IT sistemlərini qurumun bulud infrastrukturunda yerləşdirəcəklər.

Həmçinin MDU-nun informasiya resurslarının risklərdən qorunması və ali məktəbin kiberlaboratoriyası ilə “AzInTelecom” MMC-nin kibertəhlükəsizlik komandası arasında əməkdaşlığın yaradılmasına dair razılıq əldə olunub.

Universitet rəhbərliyi tələbələrin “AzInTelecom” MMC-də müvafiq ixtisaslar üzrə təcrübə keçmələrində maraqlı olduğunu ifadə edib. Bununla bağlı da qarşılıqlı razılaşma əldə olunub.

Qeyd edək ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq miqrasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.