REGİONLAR


Mingəçevir Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Mingəçevir, 13 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının müvafiq qərarı ilə ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat köçürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi birləşmələrinin növbəti hərbi təxribatına qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları MDU-nun kollektivi və tələbə heyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Bildirilib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərinin əldə etdiyi qələbələr və tarixi torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması MDU-nun kollektivi arasında da böyük ruh yüksəkliyi yaradıb. Ən yeni tariximizin qələbə səhifələrinin yazıldığı bu günlərdə Ali Baş Komandanımızın ətrafında sıx birləşən MDU-nun kollektivi Azərbaycan əsgərinin yanındadır və bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əmindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.