REGİONLAR


Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub

Bakı, 12 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) Qazaxıstan Respublikasının KIMEP Universitetində onlayn formatda təşkil edilmiş 19-cu KIMEP Beynəlxalq Tədqiqat Konfransında təmsil olunub.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “KIMEP Universitetinin 30 illiyi: lokal və qlobal təsir” mövzusunda keçirilən beynəlxalq konfransda 5 ölkənin 11 ali məktəbindən 60-a yaxın tədqiqatçının məruzələri dinlənilib.

Konfransda MDU-nun “İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, ”İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyev iştirak edib. O, konfransın “Menecment və marketinq” adlı bölmə iclasında “Müəssisədə strateji təşkilati və innovasiyalı dəyişikliklərin idarə olunmasının effektivliyinin yüksəldilməsi yolları” mövzusunda məruzə söyləyib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.