REGİONLAR


Mingəçevir Dövlət Universiteti respublika elmi konfransında təmsil olunub

Bakı, 24 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda keçirilən respublika elmi konfransında Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvləri fəal iştirak ediblər.

Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, “Cisco Webex” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın plenar iclasında çıxış edən MDU-nun prorektor əvəzi, professor Veysəl Əyyubov son dövrdə universitetdə təhsilin və idarəetmənin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb və aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzulayıb.

Bölmə iclaslarında MDU əməkdaşlarından dosent Vəfa Məhərrəmova və Aygün İsmayılova “Müasir dövrün ən səmərəli təhsil forması: distant təhsil”, Günel Nəcəfova “Tədris materialının İKT vasitəsilə öyrədilməsinin müasir problemləri”, Nərgiz Kərimova “Mobil tətbiqetmələrdə innovativ üsullarla xarici dil öyrənməyin yolları”, Leyla İsmayılzadə “İbtidai siniflərdə informatikanın tədrisinin bəzi xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.