REGİONLAR
Mingəçevir Dövlət Universitetində Abituriyentlərə Dəstək Qrupu yaradılıb
Bakı, 17 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə ixtisas seçimininin başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin nəzdində Abituriyentlərə Dəstək Qrupu (ADQ) fəaliyyətə başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-nun gənc akademik heyət üzvlərindən formalaşan ADQ avqustun 28-dək davam edəcək ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz olaraq müvafiq məlumatlandırıcı və məsləhət xidmətləri göstərəcək. Müsabiqə şərtlərini ödəyən abituriyentlər ADQ-yə müraciət edərək MDU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri və tədris proqramları, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, ADQ həftə içi hər gün saat 09:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]