REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir
Bakı, 16 iyun, AZƏRTAC
2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari il iyunun 3-dən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü iyunun 17-də keçiriləcəkdir.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]