REGİONLAR


Mingəçevir Dövlət Universitetində “AzAstro” startapının nümayəndələri ilə görüş keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “AzAstro” startapının təsisçisi və icraçı direktoru Həsən Quliyev ilə görüşüb. Görüşdə şirkətin direktor müavini Suad Muradov, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev də iştirak edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, gənc startapçılarla görüşdə sürətli modernləşmə yolunda inamla irəliləyən MDU-nun strateji hədəflərindən bəhs edən rektor Ş.Bayramov, milli ali təhsil xəritəsində universitetin mövqeyinin güclənməsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tələbə gənclərin elmi-tədqiqatlara cəlb edilməsi və startap fəaliyyətinə maraqlarının artırılması ilə bağlı universitetdə görülən işlərdən və nəzərdə tutulmuş layihələrdən danışan Ş.Bayramov bu baxımdan MDU-nun “AzAstro” şirkəti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və sözügedən işbirliyinin imkanlarını yüksək qiymətləndirib.

“AzAstro” startapının aviasiya və aerokosmik texnologiyaların inkişafı üzərində işlədiyini, PUA-lar, model peyklər və onların hissələrinin istehsalı üzrə ixtisaslaşmağa hədəfləndiyini qeyd edən H.Quliyev ölkədə mühəndis kadr hazırlığı sahəsində irəli sürülən müasir tələblər barədə danışıb.

Universitetdə tələbə-gənclərin biznes ideyalarının və innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edən gənc startapçılar göstərdiyi diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, MDU-nun startap ekosistemində iştirakının genişləndirilməsi məqsədilə universitetdə sənaye ilə işbirliyin inkişafına, müəllim və tələbələrin startap layihələrə aktiv cəlb olunmasına, bu sahədə onların bilik və bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.