Mingəçevir Dövlət Universitetində Elm Günü çərçivəsində kitab sərgisi keçirilib
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə Elm Günü çərçivəsində kitab sərgisi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-nun ikinci tədris binasının kitabxanasında təşkil edilən sərgidə Mühəndislik və Təhsil fakültələrinin tələbə və magistrantları azərbaycançılıq, vətənpərvərlik, pedaqoji, texniki və texnoloji mövzularda nəşr edilmiş kitablarla, eləcə də dərslik və dərs vəsaitləri ilə tanış olublar.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələr arasında kitaba marağın artırılması və mütaliənin təbliğ edilməsi, onların universitetin kitabxanasından daha fəal faydalanması məqsədilə belə sərgilərin keçirilməsinə xüsusi önəm verilir.




Xəbərin mətnində orfoqrafik səhv var