REGİONLAR


Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Bakı, 25 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda “MDU-da beynəlxalq əməkdaşlığın təşkili haqqında”, “2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və “Mühəndislik fakültəsinin fəaliyyəti haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra rektor tapşırıq və tövsiyələrini verib, hər üç hesabat qəbul olunub.

Sonra Elmi-Metodik Şuranın universitetin akademik heyət üzvlərinin həmmüəlliflik etdikləri dərs vəsaitinin nəşr olunması haqqında və magistrlik dissertasiyasının İxtisaslaşdırılmış Şura tərəfindən qiymətləndirilməsi meyarları haqqında təkliflər müzakirəyə çıxarılıb və təsdiq edilib.

İclasda yaxın günlərdə MDU və AMEA İqtisadiyyat İnstitutu arasında keçirilən birgə elmi konfrans və imzalanan əməkdaşlıq memorandumu barədə məlumat verən, Şuşa ilinə həsr olunan “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” adlı dördüncü beynəlxalq konfransın əsas təşkilatçılarından biri kimi MDU-nun fəal təmsilçiliyindən bəhs edən rektor bütün bunları universitetin tarixində əlamətdar hadisələr kimi dəyərləndirib.

İclasa Türkiyədən qoşulan Elmi Şuranın üzvləri - “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov və “Energetika” kafedrasının müdiri Ülkər Aşurova hazırda MDU-nun 5 əməkdaşının qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetində keçdikləri təlim və təcrübə proqramının gedişatı barədə məlumat verib, yaradılan şəraitə və göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Elmi Şuranın iclası gündəlikdə duran digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.