REGİONLAR
Mingəçevir Dövlət Universitetində Fransada təhsil imkanlarına dair vebinar keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Campus France” təşkilatının Azərbaycan ofisi tərəfindən “Fransada təhsil” adlı vebinar keçirilib.
“Skype” platforması üzərindən onlayn formatda keçirilən vebinarda MDU-nun tələbə və magistrantları iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, vebinar zamanı Fransada təqaüd imkanlarından faydalanaraq təhsil almaq, düzgün motivasiya və tövsiyə məktubu hazırlamaq, təhsil müddətində yaşayış xərcləri, ixtisas seçimində diqqət edilməsi vacib olan nüanslar və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, MDU-da tələbələrin “Erasmus+” və digər təqaüd proqramlarından faydalanmasına, qısamüddətli və uzunmüddətli əsaslarda xaricdə təhsil almasına xüsusi diqqət yetirilir.