REGİONLAR


Mingəçevir Dövlət Universitetində “Gələcəyin marketoloqları” adlı təlim təşkil edilib

Bakı, 22 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Marketinq” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Cavid Qəhrəmanov və Miryusif Məmmədli birinci, ikinci və üçüncü kurs tələbələrinə “Gələcəyin marketoloqları” adlı təlim keçiblər.

AZƏRTAC xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən təlimdə çıxış edən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli MDU rəhbərliyinin tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib və onlara ixtisaslarını sevərək təbliğ etdikləri üçün təşəkkürünü bildirib.

Təlimçi tələbələr marketinq ixtisası üzrə uğur qazanmağın yolları, gələcəyin marketoloqu üçün zəruri olan əsas dəyərlər, bu sahə üzrə tələb olunan bilik və bacarıqlar barədə ətraflı məlumat veriblər. Təlimdə mövzuya dair geniş fikir mübadiləsi aparılıb, universitet həyatında fəal iştirakın və könüllülük təcrübəsinin xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, MDU-da tədris prosesi ilə yanaşı, tələbələrin əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə və səmərəli təhsil mühitinin təmin edilməsinə xüsusi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.