ELM VƏ TƏHSİL


Mingəçevir Dövlət Universitetində “Kiçik Akademiya”nın konfransı keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC 

Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin birgə təşkilatçılığı ilə “Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin “Kiçik Akademiya”sı çərçivəsində təşkil olunan konfransda universitetin professor-müəllim və tələbə heyəti, liseyin pedaqoji kollektivinin üzvləri və şagirdlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan “Kiçik Akademiya”ların əsas məqsədinin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsindən, onların müasir tədqiqat metodlarına yiyələnməsindən, ali və ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Müasir elmi tədqiqatların məzmununun əhəmiyyətli dərəcədə dəyişməsini və innovativ tədqiqat metodologiyalarının tətbiqinin geniş vüsət aldığını qeyd edən Şahin Bayramov elmi-nəzəri konfransın şagirdlərin tədqiqatyönümlü layihələrə cəlb olunması baxımından vacibliyini diqqətə çatdırıb.

Liseyin “Kiçik Akademiya”sı haqqında məlumat verən Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova elmi-tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətlərinin stimullaşdırılmasında MDU ilə birgə keçirilən konfransın mühüm rol oynadığını bildirib.

Konfransda liseyin şagirdləri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Müzakirələrdə şagirdlərin məruzələri yüksək qiymətləndirilib.

Sonda məruzəçi şagirdlərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.