REGİONLAR


Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin tərkibində fəaliyyət göstərən “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının və Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri də qonaq qismində iştirak ediblər.

Tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran Pedaqoji fakültənin dekanı Nizami Zeynalov “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində universitetdə silsiləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Tədbirdə MDU-nun “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin çıxışının nəzərdə tutulduğunu bildirən N.Zeynalov Azərbaycanın böyük mütəfəkkir şairinin həyat və yaradıcılığı haqqında ingilis dilində məruzələrin hazırlanması və yayılmasının önəmindən bəhs edib.

Sonra proqrama uyğun olaraq tələbələrin məruzələri dinlənilib.

MDU-nun Pedaqoji fakültəsinin tələbələrindən Lalə Səmədova “Nizami Gəncəvinin bioqrafiyasi” (Nizami Ganjavi’s biography) mövzusunda, Sevinc Nağıyeva “Nizami Gəncəvinin ədəbi fəaliyyəti” (Nizami Ganjavi’s literary activity) mövzusunda, Lalə Səmədova “Sirlər Xəzinəsi” (Information about “Treasury of Secret) mövzusunda, Aytəkin Səmədli “Xosrov və Şirin” (Information about “Khosrow and Shirin”) mövzusunda, Sahibəxanım Qarayeva “Leyli və Məcnun” (Information about “Leyli and Majnun”) mövzusunda, Sevda Şirinova “Yeddi Gözəl” (Information about “Seven beauties”) mövzusunda, Şəbnəm Osmanova “İsgəndərnamə” (Information about “Iskander-Nameh”) mövzusunda, Cəmilə Balakişiyeva “Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi” (Nizami Ganjavi - poet for all Humanity) mövzusunda çıxış ediblər.

Tədbirdə A.Səmədli “Sənsiz” şeirini və C.Balakişiyeva “Leyli və Məcnun” poemasından şeir parçası səsləndirib.

Böyük maraqla qarşılanan tədbir dahi şairin əsərlərində yer alan mənəvi-əxlaqi və tərbiyəvi fikirlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, Prezidentin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş silsiləvi tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.