REGİONLAR


Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyası tərəfindən təşkil olunan seminarda universitetin tələbə və magistrantları iştirak ediblər.

Laboratoriyanın müdiri, həkim Yeganə Aslanova seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıb.

Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.