REGİONLAR


Mingəçevir Dövlət Universitetində “Şuşa Bəyannaməsi miqrasiya kontekstində” mövzusunda birgə seminar keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və Dövlət Miqrasiya Xidməti (DMX) Yevlax Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi miqrasiya kontekstində” mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda MDU-nun bir qrup akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminar iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin prorektor əvəzi Veysəl Əyyubov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin regionda sülhə, təhlükəsizliyə, sabitliyə və tərəqqiyə töhfəsindən, tarixi, iqtisadi və siyasi əhəmiyyətindən bəhs edib.

Sonra DMX Yevlax Regional Miqrasiya İdarəsinin rəis müavini Aydın Əliyev və şöbə rəisi Faiq Məmmədov məruzələrlə çıxış edərək, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında formalaşan keyfiyyətcə yeni strateji müttəfiqlik münasibətləri, türk dünyası coğrafiyasının dinamik və davamlı inkişafı üçün yaranan geniş imkanlar, işğaldan azad olunmuş ərazilərdə miqrasiya proseslərinin tənzimlənməsi perspektivləri barədə ətraflı məlumat veriblər.

Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirə aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da dövlət və özəl qurumları ilə əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə aktual mövzulara həsr edilmiş müxtəlif maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.