REGİONLAR


Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təlimləri uğurla başa çatıb

Bakı, 27 iyul, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılarla görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə təlimlərin uğurla başa çatmasından məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, təlim iştirakçılarını təbrik edib, proqramın təşkilində və icrasında əməyi olan bütün akademik, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Son dövrdə MDU-da yeni dövrün universitetinə transformasiya yolunda görülən işlərdən söhbət açan Ş.Bayramov kadr potensialının, tələbə və magistrantların hərtərəfli inkişafı məqsədilə təşkil olunan təlimlərin universitetin modernləşməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

Tədris prosesinin səmərəli təşkili və idarə olunmasında tyutor xidmətinin önəmini diqqətə çatdıran rektor bu istiqamətdə daha effektiv və keyfiyyətli fəaliyyətin təmin edilməsi üçün bilik və bacarıqların davamlı şəkildə yenilənməsinin vacibliyindən bəhs edib və görüş iştirakçılarına uğurlar arzulayıb.

Sonra təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, bu ilin iyulun 13-dən etibarən MDU-da “Tyutor xidməti” təlim proqramına start verilib. Proqram çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri. Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliyi” və “Təqdimat və onun hazırlanması” mövzusunda təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.