REGİONLAR


Mingəçevir Dövlət Universitetində Ümummilli Liderə həsr edilmiş kitab sərgisi keçirilib

Bakı, 10 may AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan kitab sərgisi keçirilib. MDU Kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində keçirilən sərgidə Mühəndislik və Təhsil fakültəsinin tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tələbələr ulu öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzüb və dünyaşöhrətli siyasətçinin əziz xatirəsini böyük ehtiramla anıblar.

Sərgidə gənclər əbədiyaşar lider, müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və titanik fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.