REGİONLAR


Mingəçevir Dövlət Universitetində gənc Avropa səfirləri tərəfindən infosessiya keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

Cari il aprelin 16-da Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri Şəbəkəsinin (YEAN - Young European Ambassadors Network) təşəbbüsü ilə Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüdlü imkanlarla bağlı infosessiya keçirilib. Universitetin əsas tədris binasının akt zalında təşkil olunan infosessiyaya MDU-nun tələbə və magistrantları qatılıblar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, infosessiyada gənc Avropa səfirlərindən Kamilə Süleymanlı “Xarici ali təhsil müəssisələrinə müraciət”, Aytac Möhsümzadə “Vişeqrad təqaüd proqramı”, Rəhim Abbasov “Erasmus+ ilə qısa və uzun müddətli mübadilə, ESC proqramları”, Sadiq Hacılı “DAAD təqaüd proqramı”, Əli Məmmədov “Erasmus Mundus proqramı”, Rauf Məmmədyarov “Avropa Birliyində təcrübə imkanları” və Cavid Rəhimli “Gənc Avropa səfirləri” mövzularında təqdimatlarla çıxış ediblər.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da milli və beynəlxalq ali təhsil məkanında mövcud imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər, dəyişikliklər barədə universitetin tələbə və müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.