REGİONLAR


Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlarla görüş keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədar universitetin bir qrup gənc akademik və inzibati heyət üzvü ilə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov universitetin müasirləşməsi və dinamik inkişafında gənc kollektiv üzvlərinin rolundan danışıb.

Ötən tədris ilində strateji hədəflərə uyğun olaraq universitetin modernləşməsi və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rektor gənc əməkdaşların fəallığını və təşəbbüskarlığını yüksək qiymətləndirib.

Universitet idarəçiliyində gənc kadrlara xüsusi önəm verildiyini vurğulayan Ş.Bayramov onların bilik və bacarıqlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb və yaradılan əlverişli imkanlardan daha fəal faydalanmağı tövsiyə edib.

Sentyabrın 29-dan etibarən respublikamızın ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılacağını vurğulayan rektor yeni tədris ilində universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi və pedaqoji fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə qarşıda duran vəzifələri diqqətə çatdırıb və gənclərə uğurlar arzulayıb.

Görüş iştirakçıları MDU-da gənclərin hərtərəfli inkişafı üçün yaradılmış əlverişli təhsil mühitindən məmnun olduqlarını bildirib, göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.