ELM VƏ TƏHSİL


Mingəçevir Dövlət Universitetində ilk dəfə keçirilən “Oriyentasiya günü” tələbələrdə xoş təəssürat yaradıb

Bakı, 13 sentyabr, AZƏRTAC 

Sentyabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) ilk dəfə olaraq yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dünyanın əksər universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitetlə tanış etməkdən və onlara tədris prosesi barədə ətraflı məlumat verməkdir.

MDU-nun bütün tədris binalarında təşkil olunan “Oriyentasiya günü”ndə dekanlar, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri və könüllü tələbələr yaxından iştirak ediblər. Yeni qəbul olunan tələbələr yuxarı kurs tələbələrinin müşayiəti ilə universitetin tədris infrastrukturu, tələbə təşkilatları, kitabxana resursları və idman qurğuları barədə məlumatlandırılıb. Tələbə adını yeni qazanmış gənclər universitetin auditoriyaları, müvafiq struktur bölmələri, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman kompleksi və akt zalları ilə tanış olublar.

Tədbir çərçivəsində birinci kurs tələbələrinə MDU-nun əməkdaşlıq etdiyi yerli və xarici universitetlər, xaricdə təhsil imkanları, startap fəaliyyəti, layihələr, könüllülük və digər məsələlər barədə məlumat verilib.

MDU-da ilk dəfə təşkil olunan “Oriyentasiya günü” yalnız yeni qəbul olunan tələbələrdə deyil, eyni zamanda, yuxarı kurs tələbələri və universitet əməkdaşlarında da xoş təəssürat yaradıb.

Tədbirin təşkilində Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası yaxından iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.