REGİONLAR


Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir

Bakı, 18 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin iyunun 1-dən başlayan imtahan sessiyası uğurla davam edir. MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iyunun 13-dən 18-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 97 qrup üzrə 1840 tələbə, ümumilikdə, 130 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 97,3 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

Sözügedən imtahan günlərində magistratura səviyyəsində 13 qrup üzrə ümumilikdə, 13 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100,0 faiz olub.

Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı, “Qaynar xətt” və Apellyasiya Komissiyasının fəaliyyəti təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Müntəzəm olaraq hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.

Universitetdə yaz semestrinin imtahan sessiyası iyulun 5-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.