REGİONLAR


Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının dördüncü həftəsi uğurla başa çatıb

Bakı, 5 iyul, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin iyunun 8-də başlayan onlayn imtahan sessiyasının dördüncü həftəsi də uğurla yekunlaşıb.

MDU-dan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 29 iyun-3 iyul tarixlərini əhatə edən dördüncü imtahan həftəsində bakalavriat və magistratura səviyyələrində keçirilən 135 imtahanda, ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Məsafədən keçirilən imtahanlarda faktiki olaraq, bütün tələbələrin və magistrantların iştirakı təmin olunub. İmtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət alıblar.

Karantin dövrünün reallıqları nəzərə alınmaqla, çoxsaylı güzəştlərin tətbiqi ilə müşayiət olunan imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi təmin olunub. Çoxsaylı güzəştlərin tətbiqi ilə reallaşdırılan onlayn imtahan prosesində MDU-nun gənc əməkdaşlarından ibarət “Texniki dəstək qrupu” və müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” fəal iştirak edirlər. Eyni zamanda, ilk dəfə reallaşdırılan MDU-nun könüllü tələbələrindən ibarət “İmtahan könüllüləri” layihəsi imtahan prosesində çevikliyin və səmərəliliyin təmin olunmasında mühüm rol oynayır.

MDU-da yaz semestrinin imtahan sessiyası iyulun 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.