REGİONLAR


Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşıb

Bakı, 25 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi də uğurla yekunlaşıb. 18-22 yanvar tarixlərini əhatə edən imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, ikinci imtahan həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2454 tələbə 156 imtahanda iştirak edib. Məsafədən təşkil olunan imtahanlarda yalnız 2 tələbə iştirak etməyib. İmtahanların nəticəsinə əsasən tələbələrin 39 faizi 51-100 bal, 38 faizi 71-100 bal, 23 faizi isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 1 tələbənin qeyri-kafi qiymət aldığı ikinci imtahan həftəsində 2 tələbənin Apellyasiya Komissiyasına müraciəti qeydə alınıb.

Magistratura səviyyəsində isə 21 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. Magistrantların 22 faizinin 71-100 bal, 76 faizinin isə 91-100 bal ilə qiymətləndirildiyi imtahanlarda 100 faiz iştirakçılıq qeydə alınıb.

Yanvarın 11-də başlayan payız semestrinin imtahan sessiyası fevralın 6-dək davam edəcək.

Qeyd edək ki, MDU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinin tələbləri əsasında təşkil olunub. İmtahan Qərargahı, “Qaynar xətt” və Apellyasiya Komissiyasının çevik və operativ fəaliyyəti təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.