REGİONLAR


Mingəçevir Dövlət Universitetində magistr dissertasiyalarının müdafiəsinə başlanılıb

Mingəçevir, 23 iyun, Rauf Hacıyev, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilində magistratura təhsil səviyyəsi üzrə dissertasiyaların müdafiəsinə başlanılıb.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dissertasiyaların müdafiəsi ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilib. İlk müdafiə günündə MDU-nun humanitar fənlər kafedrası üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasından məzun olacaq dörd magistrant dissertasiyalarını müvafiq ixtisaslaşdırılmış Elmi Şura qarşısında müdafiə edib. Bütün magistrantların nəticəsi yüksək balla qiymətləndirilib.

Qeyd edək ki, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə ixtisaslaşdırılmış Elmi Şuranın sədri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovdur.

Ümumilikdə cari tədris ilində MDU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil müəllimliyi (dillər üzrə), Riyaziyyat müəllimliyi, informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, iqtisadiyyat, sənayenin təşkili və idarə edilməsi, elektroenergetika mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə 36 magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulub. Müdafiələr Təhsil nazirinin müvafiq əmri əsasında yaradılmış ixtisaslaşdırılmış Elmi şuralar tərəfindən həyata keçirilir.

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi iyunun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.