REGİONLAR


Mingəçevir Dövlət Universitetində narkomaniya əleyhinə maarifləndirici seminar keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici seminar keçirilib.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən V.Mustafayev cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya əleyhinə tədbirlərin diqqət mərkəzində saxlanıldığını və bu məqsədlə maarifləndirici seminarın əhəmiyyətini vurğulayıb.

Sonra seminarın proqramına uyğun olaraq MDU-nun hüquqşünası Elvin Abbasov “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə gözlənilən məhrumiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə narkotik vasitələrdən istifadənin ağır fəsadları, narkomaniya və narkobiznesə qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.

Məruzə ətrafında aparılan müzakirələrdən sonra “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub və narkomaniyaya qarşı məlumatlandırıcı bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.