REGİONLAR


Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, mövcud şəraitdə təhsilalanlar ilə çevik onlayn kommunikasiya vasitələrindən biri kimi hər həftə “Açıq qapı” günlərinin keçirildiyini diqqətə çatdıran rektor əsas məqsədin tələbələrin istəklərini, problemlərini və təkliflərini öyrənmək, onlara müvafiq qaydada dəstək göstərmək olduğunu qeyd edib.

İmtahan sessiyasının ilk həftəsinin uğurlu statistikasından bəhs edən Ş.Bayramov imtahanlarda aktivlik və müvəffəqiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu və nəzərdə tutulmuş bütün imtahanların baş tutduğunu bildirib.

MDU-da onlayn imtahan sessiyasının obyektivlik, şəffaflıq və ədalətlilik prinsipləri əsasında təşkilində yüksək əməyi olan professor-müəllim, inzibati və texniki heyət üzvlərinə və könüllü tələbələrə təşəkkürünü bildirən rektor aralıq qiymətləndirmə, apellyasiya müraciətləri və digər məsələlərdən danışıb.

Daha sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sualları cavablandırılıb və səsləndirdikləri təkliflərə münasibət bildirilib. Tələbələr pandemiya dövründə universitetdə imtahan sessiyasının gedişatından razılıqlarını ifadə ediblər.

Sonda universitetin bir qrup könülllü tələbəsi tərəfindən cari tədris ilinin yaz semestrində reallaşdırılması təklif olunan layihələrə ali təhsil ocağı tərəfindən müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari il fevralın 9-dək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub. Cari imtahan sessiyası ərzində ilk “Açıq qapı” günü yanvarın 14-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.