REGİONLAR


Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

Mingəçevir, 24 iyun, AZƏRTAC

İyunun 24-də Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfiksiya işləri MDU-nun tədris binalarını, həyətyanı əraziləri, dəhlizləri, auditoriya və laboratoriyaları, inzibati otaqları, idman zalını, kitabxanaları, sanitar qovşaqları və digər köməkçi tikililəri əhatə edib.

Qeyd edək ki, MDU-da növbəti dezinfeksiya tədbiri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilib. Tibbi-profilaktik və dezinfeksiya işləri ilə yanaşı, MDU-nun kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.