REGİONLAR


Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

Bakı, 13 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.

Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar olaraq MDU-da aparılan tədbirlər bununla kifayətlənmir. Həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə əməkdaşlar və tələbələr arasında daim maarifləndirmə işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.