REGİONLAR


Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevə həsr olunmuş mühazirələr dinlənilib

Bakı, 8 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlar üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş mühazirələr keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə universitetin Humanitar fənlər kafedrasının müəllimi Mirzə Cavadov “Heydər Əliyev: Zirvələri fəth edən nadir şəxsiyyət” mövzusunda, baş müəllim İlham Məmmədov “Milli tariximizin Heydər Əliyev Erası: Dirçəlişdən tərəqqiyə və Zəfərə doğru” mövzusunda çıxış ediblər.

Məruzələrdə Azərbaycanın böyük oğlu, müasir və müstəqil dövlətimizin memarı Heydər Əliyevin zəngin həyat yolu və titanik siyasi fəaliyyətindən, ölkəmizin hərtərəfli inkişafında və dünyaya tanıdılmasında göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib. Dünyanın bir çox nüfuzlu tarixi şəxsiyyətləri və dövlət xadimləri ilə bağlı müqayisələr aparılaraq Ulu Öndərin hələ sağlığında canlı əfsanəyə çevrildiyi bildirilib.

Eyni zamanda, bütün varlığı qədər sevdiyi Azərbaycanı intibah və tərəqqi yoluna çıxaran, adını qızıl hərflərlə yeni tariximizə yazan əbədiyaşar liderin siyasi kursunun hazırda uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Ümummilli Liderin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən danışılıb.

Mühazirələr tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevə həsr olunan müxtəlif formatlı silsilə tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi, vətənə layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinə universitet rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.