REGİONLAR


Mingəçevir Dövlət Universitetində xaricdə təhsil imkanları barədə infosessiya təşkil olunub

Bakı, 24 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universitetinə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı infosessiya təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması üzərindən onlayn formatda keçirilən infosessiyada MDU-nun tələbə və magistrantları iştirak edib. İnfosessiya zamanı universitetin Beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisləri Samirə Əhmədova və Sənan Mehdi “Erasmus+” mübadilə proqramının təqdim etdiyi imkanlar, motivasiya və tövsiyə məktubunun düzgün hazırlanma qaydaları, təhsil müddətində yaşayış xərcləri, fənlərin seçilməsində diqqət edilməsi vacib olan nüanslar, sənədləşmə və digər məsələlər haqqında ətraflı məlumat veriblər.

Sonra, 2019/2020-ci tədris ilində İspaniyada təhsil almış MDU-nun məzunu Rasta Paşayeva sözügedən ölkənin təhsil və yaşayış standartları ilə bağlı təəssüratlarını infosessiya iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, son dövrdə sürətlə modernləşməkdə olan MDU-da tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi məqsədilə “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakı təmin etmək üçün müvafiq şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.