REGİONLAR


Mingəçevir Dövlət Universitetində yay semestrinə start verilib

Mingəçevir, 28 iyul, AZƏRTAC

İyulun 27-də Mingəçevir Dövlət Universitetində (MDU) yay semestrinə start verilib. İlk dəfə olaraq, “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan yay semestrinin keçirilməsində əsas məqsəd əvvəlki tədris illərindən akademik borcu qalan tələbələrin universiteti normativ təhsil müddətində başa vurmasına şərait yaratmaqdan ibarətdir.

MDU-dan AZƏRTAC-a bildirilib ki, budəfəki yay semestri Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında Qərarı”, eləcə də 24 dekabr 2013-cü il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (edilmiş dəyişikliklər nəzərə alınmaqla) və Təhsil Nazirliyinin 27 iyul 2020-ci il tarixli müvafiq razılıq məktubu əsasında təşkil edilib.

Yay semestrində 49 müəllim tərəfindən online formada tədris olunacaq 54 fənn üzrə dərslərdə ümumilikdə 151 tələbənin iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.