REGİONLAR


Mingəçevir Dövlət Universitetində yeni akkreditasiya qaydaları ilə bağlı seminar keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) yeni akkreditasiya qaydaları ilə bağlı məlumatlandırma seminarı keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-nun inzibati heyət üzvləri üçün təşkil edilən seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov təqdimatla çıxış edib. Akkreditasiya qaydalarına edilmiş dəyişikliklərin mahiyyətindən, hazırda tətbiq olunan yeni qaydaların və meyarların məzmunu və üstünlüklərindən bəhs edən A.İlyasov əsas məqsədin təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi olduğunu qeyd edib.

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.

Qeyd edək ki, təhsildə keyfiyyət təminatı məsələlərini diqqət mərkəzində saxlayan MDU-da ali təhsil sistemində bu istiqamətdə baş verən yeniliklər və dəyişikliklər barədə müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.