REGİONLAR


Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin üç əməkdaşı – Rövşən Babayev, Liliya Süleymanova və Səadət Ağakişiyeva ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müxtəlif elm sahələri üzrə universitetin üç əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Universitetdə elmi dərəcəli kadrların sayının artmasından məmnunluğunu bildirən rektor bu müsbət dinamikanın MDU-nun elmi potensialının güclənməsi baxımından önəmindən bəhs edib.

Vətən müharibəsi iştirakçısı Rövşən Babayevin dissertasiya müdafiəsində şəxsən iştirak etdiyini vurğulayan Ş.Bayramov hər üç əməkdaşın universitetdə elmi fəaliyyətin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.

Göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən görüş iştirakçıları MDU-nun müasirləşməsi, elmi və akademik potensialının inkişafı ilə bağlı üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da gənc əməkdaşların yüksəkixtisaslı elmi kadr kimi yetişmələri üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.