REGİONLAR


Mingəçevir Dövlət Universitetinin əməkdaşları Gəncədə terror qurbanlarının xatirəsini anıblar

Bakı, 12 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov və Ceyran Vəliyeva Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının fəallarından ibarət heyətin tərkibində 11 oktyabr - Gəncə terrorunun ildönümü ilə əlaqədar ölkəmizin ikinci ən böyük qədim şəhərinə səfər edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket zərbələrinə məruz qalması nəticəsində dağılmış ərazilər ziyarət edilib, terror qurbanları böyük ehtiramla anılıb və onların xatirə guşəsi önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan hərbçiləri öz çirkin əməllərinə əl ataraq döyüş əməliyyatlarının getdiyi yerdən uzaqda yerləşən Gəncə şəhərində insanların sıx yaşadığı əraziləri raket atəşinə tutub və nəticədə 30-dan çox mülki şəxs həlak olub, 200-ə yaxını isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.