REGİONLAR


Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-də respublika konfransında fəal iştirak ediblər

Bakı, 20 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda keçirilən respublika elmi-praktiki konfransında fəal iştirak edib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, ölkəmizin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən çoxlu sayda professor-müəllim heyəti üzvlərinin və tədqiqatçıların iştirak etdiyi konfransda Mingəçevir Dövlət Universitetinin 14 əməkdaşı müxtəlif iqtisadi, sosial və siyasi mövzularda hazırladıqları məqalələrlə çıxış ediblər.

Qeyd edək ki, altı bölmə iclasından ibarət keçirilmiş sözügedən konfransın materiallarına daxil olan 91 məqalədən 14-ü MDU-nun payına düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.