REGİONLAR


Mingəçevir Dövlət Universitetinin əməkdaşları koronavirus ilə mübarizəyə dair maarifləndirmə tədbirlərində iştirak edirlər

Bakı, 16 iyul, AZƏRTAC

Qlobal pandemiya ilə mübarizə istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərə dəstək göstərilməsində Mingəçevir Dövlət Universitetinin (MDU) kollektivi də yaxından iştirak edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU-nun bir qrup əməkdaşı Mingəçevir Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən birgə həyata keçirilən kütləvi maarifləndirmə işinə fəal qoşulub.

Şəhər sakinləri ilə görüşən universitet əməkdaşları onları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə bir daha tanış edir və zəruri ehtiyac olmadıqda evdən çıxmamağın vacibliyini bildirirlər. Vətəndaşları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağıran MDU əməkdaşları tibbi maska taxmağın, sosial məsafə saxlamağın və dezinfeksiyaedici məhlullardan mütəmadi istifadənin önəmini diqqətə çatdırırlar.

Bundan başqa, sakinlərlə keçirilən görüşlərdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın COVID-19 ilə mübarizə sahəsində nümunəvi ölkələrdən biri hesab olunması, ölkəmizin təşəbbüsü ilə təşkil olunan Türk Şurasının fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə toplantısı, eləcə də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsinə dair məlumatlar verilir.

Şəhər sakinlərinə müvafiq maarifləndirici broşürlər paylanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.