REGİONLAR


Mingəçevir Dövlət Universitetinin tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

Bakı, 21 iyun, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” mübadilə proqramı çərçivəsində cari semestr ərzində Rumıniyanın Transilvaniya Braşov Universitetində təhsil almış MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nadir Hüseynovla görüşüb.

MDU-dan AZƏRTAC-a bildiriblər ki, mübadilə proqramı çərçivəsində təhsil müddətini uğurla başa vuran tələbəni təbrik edən rektor Ş.Bayramov, xaricdə təhsilin gənclərin hərtərəfli inkişafı üçün qazandırdığı təcrübələrdən və yeni fürsətlərdən söz açıb. Müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı kadr kimi formalaşmağın başlıca meyarlarından danışan rektor, bununla bağlı tələbəyə müvafiq tövsiyələrini verib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Tələbə N.Hüseynov göstərilən diqqətə və yaradılan imkana görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi məqsədilə “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakı təmin etmək üçün müvafiq şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.