REGİONLAR


Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə–Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat vəsait ayrılıb SƏRƏNCAM

Bakı, 7 may, AZƏRTAC

Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 kilometr)–Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 kilometr)–Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.