REGİONLAR


Mingəçevir Turizm Kollecinin tələbələri Belarusun ali məktəbində təhsillərini davam etdirə biləcəklər

Mingəçevir, 23 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Belarusun Brest Dövlət Texniki Universiteti ilə Mingəçevir Turizm Kolleci arasında uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalanıb.

Kollecin direktoru, professor Əyyub Əyyubov AZƏRTAC-a bildirib ki, yeni razılaşmaya əsasən, Mingəçevir Turizm Kollecində iki il təhsil almış tələbələr Brest Dövlət Texniki Universitetində 3-cü kursdan təhsillərini davam etdirə biləcəklər. Hazırda kollec tələbələrinin Belarusun ali məktəbinin yuxarı kursunda təhsillərini davam etdirməsi məsələləri üzərində intensiv müzakirələr aparılır. Bu məsələ kollecin yalnız nəqliyyatda daşımaların təşkili, reklam işi, dizayn və mühasibat uçotu ixtisasları üzrə təhsil alan tələbələrinə şamil olunacaq.

Kollecin direktoru qeyd edib ki, bu mövzuda paralel olaraq Belarusun Polotsk Dövlət Universiteti ilə danışıqlar aparılır. Əgər razılaşma əldə olunsa, Mingəçevir Turizm Kollecinin turizm ixtisasları üzrə təhsil alan tələbələri həmin ali məktəbə müraciət edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.