İQTİSADİYYAT


Mingəçevir elektrik şəbəkəsində ötən ay 10,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Bu ilin son üç ayında “Mingəçevir” Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan 10, 6 və 0,4 kilovoltluq (kV) hava xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılıb. Son 10 ayda keçirilmiş reydlər zamanı istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin oktyabr ayında müəssisə üzrə, ümumilikdə 10,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlakı həyata keçirilib. Ötən 10 ayda isə 116,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.