CƏMİYYƏT


“Mingəçevir gənclərinin natiqlik forumu” layihəsinin icrasına yekun vurulub

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mingəçevir gənclərinin natiqlik forumu” layihəsinin icrası başa çatdırılıb. Layihə Mingəçevir şəhər gənclər və idman idarəsinin, şəhər təhsil şöbəsinin, Gənclər evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun tərəfdaşlığı ilə reallaşıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, forumda 22 komandanın heyətində 66 gənc mübarizə aparıb. Mingəçevir şəhər 3 nömrəli orta məktəbi təmsil edən “Qarabağ” və Mingəçevir Texniki Humanitar Liseyinin “Demosfen” komandaları finalda mübarizə aparıblar. Final oyununda qələbə qazanan “Demosfen” komandası forumun qalibi adına layiq görülüb.

Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Ehtiram Sadıqzadə görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ümumilikdə 69 tədbir keçirilib. Bu tədbirlərdə 457 gənc, Debat Forumunda isə ümumilikdə 84 gənc iştirak edib.

Sonda layihə çərçivəsində reallaşan debat forumunun qalibləri, ən yaxşı natiqlər və fəallığı ilə seçilən gənclər təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.