ELM VƏ TƏHSİL


Mingəçevir məktəblisinin elmi layihəsi dünya gənclərinin beynəlxalq müsabiqəsində birincilik uğrunda yarışır

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 18-də Türkiyənin İzmir şəhərində “BUCA IMSEF” Beynəlxalq Elm Müsabiqəsinin final mərhələsi keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək müsabiqəsinin final mərhələsində dünyanın 24 ölkəsindən 74 layihə nəzərdən keçiriləcək. Azərbaycanı bu müsabiqədə Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Raya Həsənli təmsil edəcək.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, Raya Həsənli müsabiqədə birincilik uğrunda mübarizəyə institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçi Mirəli İsakov və məktəb direktoru Sevinc Həsənovanın rəhbərliyi altında yerinə yetirdiyi “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi ilə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.