CƏMİYYƏT
Mingəçevir şəhər sakinindən ov tüfəngi aşkarlanaraq götürülüb
Bakı, 6 dekabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 4-də bir nəfərin Yevlax rayon sakini E.Poladovu və Tərtər rayon sakini E.Vəliyevi silahla hədələməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər və həmin şəxsin Mingəçevir şəhər sakini M.Nuriyev olması müəyyənləşdirilib. Görülmüş tədbirlər nəticəsində o, saxlanılıb. Onun idarə etdiyi “NAZ-Lifan” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan “Dərya MK-12” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı şəhər polis şöbəsinin tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]