CƏMİYYƏT


Mingəçevir şəhərində 2400 kiloqram mis naqil oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı, 27 aprel, AZƏRTAC

Mingəçevir şəhərində mis naqil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərdə yerləşən “Azərkabel” ASC-nin ərazisindən 2400 kiloqram mis naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Əhmədbəyli tutulub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.