CƏMİYYƏT


Mingəçevir və Şamaxıda Vətən müharibəsi qaziləri ziyarət olunub

Bakı, 27 aprel, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Mingəçevir şəhərində və Şamaxı rayonunda yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.

Bildirilib ki, proqram çərçivəsində bu günədək Bakı-Abşeron, Sumqayıt, Gəncə, Biləsuvar rayonları daxil olmaqla Vətən müharibəsi qaziləri ziyarət olunaraq, sosial vəziyyətləri ilə yaxından maraqlanılıb.

Proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir.

Adıçəkilən proqramla yanaşı, təşkilat tərəfindən davamlı olaraq gənc qazilərlə bağlı sosial-psixoloji reabilitasiyası, məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

“Böyük Qayğı” proqramı “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.