REGİONLAR


Mingəçevir vətəndaşlarının qaz təchizatı ilə bağlı sualları cavablandırılıb

Bakı, 12 avqust, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin (İB) növbəti “Açıq mikrofon” aksiyası Mingəçevir şəhərində təşkil olunub.

İB-dən AZƏRTAC-a bildirilib ki, Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov “Səyyar qəbul otağı”nın keçirilməsində əsas məqsədin vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin həllinə dəstək verməkdən ibarət olduğunu bildirərək, vətəndaşları onları narahat edən məsələləri açıq şəkildə səsləndirməyə çağırıb. Sakinlər görüş zamanı işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. Vətəndaşların problem və təkliflərini dinləmək üçün birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də görüşdə olublar. Ünvanlanan müraciətlər qurum rəsmiləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.