REGİONLAR


Mingəçevirdə 50407 seçici bələdiyyə üzvlərini seçir

Mingəçevir, 23 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Mingəçevirdə bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 47 saylı Mingəçevir seçki dairəsi üzrə 30 məntəqə var. DSK üzrə seçici sayı 37732 nəfərdir.

49 saylı Yevlax – Mingəçevir Seçki Dairəsi üzrə isə 22 açıq və 1 qapalı məntəqə var. DSK üzrə 12675 nəfər seçicidən 442 nəfəri qapalı məntəqədə səs verəcək.

Ümumilikdə, Mingəçevir şəhəri üzrə 50407 nəfər seçicidən dekabrın 1-dən 23-dək 18 yaşı tamam olan 26 nəfər ilk dəfə səs verəcək.

Qeyd edək ki, bu gün Mingəçevir Bələdiyyəsinə 19 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 60-dır.

Mingəçevir seçki dairəsindən qeydə alınan namizəd sayı 52 nəfər, Yevlax – Mingəçevir Seçki dairəsindən qeydə alınan namizəd sayı isə 8 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.