REGİONLAR


Mingəçevirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi konfrans keçirilib

Mingəçevir, 23 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi nəzəri konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq şəhərdə silsilə tədbirlər keçirilir.

Konfransda universitetin alimləri Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş müxtəlif mövzularda geniş məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.