REGİONLAR
Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi tikilir
Mingəçevir, 15 avqust, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Respublikamızın bölgələrində bayraq meydanlarının və muzeylərinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət rəmzlərinə olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.
Respublikamızın digər bölgələri kimi, öz inkişafının müasir dövrünü yaşayan Mingəçevir şəhərində də hazırda Dövlət Rəmzləri Muzeyinin tikintisi işləri davam etdirilir.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhərin “Dostluq” parkı ərazisində tikilən ikimərtəbəli Dövlət Rəmzləri Muzeyinin inşasının bu ilin sonunadək yekunlaşması nəzərdə tutulub.
Orijinal memarlıq layihəsi əsasında tikilən Dövlət Rəmzləri Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar da yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:30]
Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]