CƏMİYYƏT


Mingəçevirdə “Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində təlimlər keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Mingəçevir Gənclər evinin dəstəyi ilə icra olunan “Qadınların səsinin aşkarlanması” təşəbbüsü çərçivəsində “Öz biznesinə başla və təkmilləşdir” proqramı üzrə təlimlər keçirilib.

Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirakçılara qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onların məşğulluğunun təmin olunması, bilik və bacarıqlarının artırılması ilə bağlı məlumat verilib.

Təlimdə biznes fəaliyyətində ilk vacib mərhələnin biznes ideyanın formalaşdırılması olduğu bildirilib. Həmçinin biznesin əsas növləri, biznes ideyaları formalaşdıran və inkişaf etdirən zaman yaranan suallarla tanış olan iştirakçıların diqqətinə yaxşı biznes ideyanın hansı tələblərə cavab verməli olduğu çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.